Bazar ertəsi, 29 Aprel

Azərbaycanda DƏHŞƏT: Ər-arvad benzin töküb özlərini yandırdılar - TƏFƏRRÜATLAR

image

Kürdəmir rayonunda ər və arvadının ölüm səbəbləri barədə müxtəlif versiyalar ortaya çıxır. Onlardan biri də odur ki, ailə üzvləri evə daxil olaraq telefonu şarj etmək məqsədilə adapteri elektrik cərəyanına qoşublar. Bu zaman mənzildə güclü partlayış baş verib.

Xəbər verilir ki, Lent.az hadisənin təfərrüatlarını araşdırıb. Hadisənin partlayışdan baş verməsi xəbəri özünü doğrultmayıb.

Kənd sakinlərinin bildirdiyinə görə, V. Zərbəliyev dünən günorta saatlarında nahara gəlibmiş. Bu zaman yan otaqda həyat yoldaşının qışqırığını eşidib.

Hadisə şahidlərinin dediyinə görə, yanan həyat yoldaşını xilas edərkən su əvəzinə çaşıb benzin töküb. Nəticədə hər ikisi yanaraq ölüb.

Evdə vedrə ilə benzinin olmasının nə qədər inandırıcı olduğunu bilməsək də, nəticədə ər və arvad yanaraq dünyasını dəyişib. Kənd sakinlərinin verdiyi məlumata görə, bu daha çox intihar xarakterli hadisədir.

***09:32

Kürdəmirdə intihar hadisəsi olub.

Xəbər verilir ki, hadisə Çobanlı kəndində baş verib.

37 yaşlı Zərbəliyev Vüsal Hətəmxan oğlu arvadı 35 yaşlı Şəbnəmlə birgə benzin tökərək özlərini yandırıblar.

Onlar aldığı xəsarətlərdən yerləşdikləri xəstəxanada ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39