Bazar ertəsi, 29 Aprel

Ermənistanda qarşıdurma: 3 polis yaralandı

image

İrəvanda dünən keçirilən etiraz aksiyalarına görə kütləvi həbslər başlayıb. 

Xəbər verilir ki, Ermənistan İstintaq Komitəsi etiraz aksiyalarında iştirak edənlərdən bəzilərinin həbs edilməsi barədə xəbərləri təsdiq edib. 

Komitə bildirib ki, kütləvi iğtişaşlar zamanı 3 polis və 6 vətəndaş yaralanıb. Hökumət binasının pəncərə və qapıları zədələnib. 

28 iştirakçı kütləvi iğtişaşlarda iştirak etməkdə şübhəli bilinərək həbs edilib, onlardan 2-si azyaşlı, 1-i başqa ölkənin vətəndaşı, 9-u Qarabağ ermənisi, qalanları isə Ermənistan sakinləridir. Komitə qeyd edir ki, həbs edilənlərdən 6 nəfəri əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunublar. 

Qeyd edək ki, sentyabrın 20-də parlament müxalifəti baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üzrə hərəkətləri əlaqələndirəcək komitə yaradıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55