Bazar, 28 Aprel

Separatçıların “Artsax” hekayəsi bitdi! - ŞƏRH

image

Qarabağda lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılığın əldə olunması Azərbaycanın növbəti tarixi uğurudur. Bununla da separatçıların “Artsax” adlı hekayəsi bitdi! Özü də, bir gündən də qısa vaxt ərzində!

Heç bir dövlət öz ərazisində qanunsuz silahlı birləşmələrin mövcudluğu ilə razılaşa bilməz, elə Azərbaycan da! Ona görə də Azərbaycan Ordusu üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamışdı. Qısa vaxt ərzində ordumuzun peşəkarlığı və qətiyyəti nəticəsində Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Görülən tədbirlər nəticəsində isə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyaraq təslim oldular.

Bu gün əldə olunmuş razılaşmaya görə, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-silah olunmalıdır. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməli, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, paralel şəkildə isə bütün silah-sursat və ağır texnika təhvil verilməlidir.

Sabah isə Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək. Görüşün gündəliyində isə onların “heç vaxt müzakirə mövzusu deyil” deyə söylədiyi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirəsi var.


Azərbaycan heç bir halda Qarabağın erməniəsilli sakinlərinə evlərini tərk etsinlər demir. Lakin onlar yaxşı və rifah içində yaşamaq istəyirlərsə, Azərbaycan vətəndaşlığını qəbul etməli, qanunlarımıza tabe olmalıdır. Zatən onların başqa çıxış yolu da yoxdur... Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Qarabağ erməniləri ya ölkəmizin qanunları ilə yaşamalıdırlar, ya da özlərinə başqa yaşayış yeri tapmalıdırlar. İndi isə seçim onlarındır...

Bu gün hər bir azərbaycanlı ordumuzun tarixi nailiyyətinə sevinir. Ancaq çox təəssüf ki, Azərbaycan Ordusu tərəfindən nə qədər yeni texnologiyalar və yüksək dəqiqlikli silahlar tətbiq olunsa belə, heç bir savaş itkisiz olmur. Bu, müharibənin acı və yazılmamış qanunudur. Təsəllimiz və qürur yerimiz isə şəhidlərimizin qanını yerdə qoymamağımız, düşmən tapdağından xilas olan yurd yerlərimiz, hər yerdə yüksələn müqəddəs bayrağımızdır. Allahdan bizə tarixi Qələbələri yaşadan qəhrəman şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfalar diləyirik. Məhz onların canı və qanı hesabına ermənilərin növbəti nağılı bitdi!

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39