Bazar ertəsi, 29 Aprel

Tacikistan lideri Mərkəzi Asiya dövlətlərini birliyə çağırdı

image

Tacikistan Prezidenti İmaməli Rəhman Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə region ölkələrinin liderlərini birliyə və böyük inteqrasiyaya çağırıb.

Xəbər verilir ki, aparıcı dünya dövlətlərinin regiona marağının artdığını vurğulayan İmaməli Rəhman bu şərtlər daxilində Mərkəzi Asiyada birlik nümayişinin və inteqrasiya istiqamətində daha fəal addımlar atılmasının vacibliyini qeyd edib.

Tacikistan Prezidenti, həmçinin Məşvərət görüşündə iştirak edən dövlətlərin hökumətlərinə regional və ölkə xüsusiyyətləri nəzərə alınmaqla, birgə inkişaf üçün konkret təkliflər hazırlamağı təklif edib.

Qeyd edək ki, sentyabrın 14-də Düşənbə şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü başlayıb. Görüşdə Tacikistan Prezidenti İmaməli Rəhman, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şövkət Mirziyayev iştirak edir. Tədbirə ilk dəfə olaraq fəxri qonaq qismində Azərbaycan Prezidenti İlham Əliyev region ölkələrindən kənar dövlət başçısı kimi dəvət olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39