Bazar ertəsi, 29 Aprel

Almaniyada 1,7 milyon iş yeri BAĞLANACAQ

image

Almaniya iqtisadiyyatı yüksək enerji qiymətləri səbəbindən növbəti 15 il ərzində 1,7 milyon iş yerini itirmək təhlükəsi ilə üz-üzədir.

Xəbər verilir ki, bunu “Dezernat Zukunft” analitik mərkəzinin saytında dərc olunan araşdırmanın nəticələri göstərir.

Kölndəki Alman İqtisadiyyatı İnstitutunun və “Frontier Economics” beynəlxalq konsaltinq şirkətinin ekspertlərinin fikrincə, hökumət qiymətləri saxlamaq üçün lazımi tədbirlər görməsə, Almaniya yaxın 10-15 ildə sənaye mərkəzi kimi təhdid altında olacaq.

Hadisələr mülayim ssenari üzrə inkişaf edərsə, ölkə 1,3 milyon iş yerini itirəcək, ən pis halda 1,7 milyona qədər insan işsiz qala bilər.

Qeyd olunub ki, ixtisarların artımını cilovlamaq olar, lakin bunun qarşısını tamamilə almaq mümkün olmayacaq.

Mərkəzin bəyanatında deyilir ki, 2030-cu ildən sonra uzunmüddətli perspektivdə Almaniyada elektrik enerjisi qiyməti Avstraliya, İspaniya, Mərakeş, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Çilidəkindən yüksək olacaq.

Ekspertlərin sözlərinə görə, Almaniyada yaşıl hidrogenin istehsal dəyəri yuxarıda qeyd olunan digər ölkələrdəki orta qiymətdən 30% -dən 65% -ə qədər baha olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55