Bazar ertəsi, 29 Aprel

Laçında iqtisadi zonalar yaradıla bilər — Zabuxa köç edənlər nə ilə məşğul olacaqlar?

image

Laçın rayonunun yenidən qurulan Zabux kəndinə ilk köç yola salınıb. 

Avqustun 25-də Bakının Qaradağ rayonundan yola düşən köç karvanına Bərdə, Şirvan və Mingəçevirdən ailələr də qoşulub. 

İlkin mərhələdə kəndə 88 nəfərdən ibarət 20 ailə köçürülür. 

Deputat Vahid Əhmədov açıqlamasında qeyd edib ki, azad olunan rayonlarda quruculuq işləri uğurla davam edir: 

“İşğaldan azad olunan ərazilərdə ciddi işlər həyata keçirilir. Quruculuq sürətlə davam edir. Bununla yanaşı, orada yeni məskunlaşan insanların məşğuliyyət mövzusu da gündəmdədir. Bu rayonlarda əsasən iaşə obyektləri fəaliyyət göstərir, otellər, restoranlar açılır. Cəbrayıl və Füzulidə sənayə parklarının salınması istiqamətində böyük işlər gedir”. 

Deputat Zabuxda məskunlaşacaq əhali üçün mövcud məşğuliyyət imkanlarından da danışıb:

“Laçında da iqtisadi zonalar yaradıla bilər. Bu ərazilər daha çox dağlıq relyefilə seçilir, meşələrlə əhatə olunduğu üçün kənd təsərrüfatına xüsusi diqqət yetirmək lazımdır. Heyvandarlıq və maldarlığın inkişafı üçün burada əlverişli mühit var. Kənd təsərrüfatı məhsullarına daxili tələbat çoxdur, ixrac etmək də olar. Bu rayonların əhalisi uzun müddət kənd təsərrüfatı ilə məşğul olub. 

Laçının gözəl təbiəti, dağ mənzərələri, meşələri, turizm üçün geniş imkanları mövcuddur. Gələcəkdə otellərin inşasına start veriləcək. Bu da müəyyən iş yerlərinin açılması deməkdir. Dövlət bütün bu işləri paralel aparır ki, məskunlaşan əhalinin yaşayışında problemlər olmasın”.

Xatırladaq ki, indiyədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39