Bazar ertəsi, 29 Aprel

Ölkəyə gələn turistlərin sayı artıb

image

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1143,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, gələnlərin 32,8 faizi Rusiya Federasiyası, 18,2 faizi Türkiyə, 7,4 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Qazaxıstan, 2,3 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faiz olmaqla İsrail və Ukrayna, 1,4 faizi Belarus, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,5 faizini kişilər, 29,5 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,3 dəfə, Türkmənistandan - 3,8 dəfə, Hindistandan - 2,6 dəfə, Belarusdan - 2,0 dəfə, Özbəkistandan - 1,9 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, İsraildən - 44,2 faiz, ABŞ-dan - 38,7 faiz, Gürcüstandan - 34,5 faiz, Böyük Britaniyadan - 29,2 faiz, Küveytdən - 26,6 faiz, Türkiyədən - 18,8 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 15,8 faiz, Pakistandan - 6,3 faiz artıb.

2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 faiz artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6 faiz azalaraq 185,4 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.   

2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 19,8 faiz artaraq 993,5 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,6 dəfə, Gürcüstana gedənlərin sayı 32,5 faiz, Türkiyəyə gedənlərin sayı 6,4 faiz artıb, İrana gedənlərin sayı 24,7 faiz azalmışdır. Ölkə vətəndaşlarının 42,5 faizi Türkiyəyə, 22,7 faizi Rusiya Federasiyasına, 9,2 faizi Gürcüstana, 7,7 faizi İrana, 17,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil edib.

2023-cü ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,0 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55