Bazar, 28 Aprel

“Apple”dan “İPhone”larla bağlı istifadəçilərə ciddi XƏBƏRDARLIQ - Bunları etməyin!

image

ABŞ-ın aparıcı texnologiya şirkətlərindən biri olan “Apple” istifadəçilərinə enerji yığmaq üçün qoşulduqları cihazları ilə uzun müddət təmasdan çəkinmələri barədə xəbərdarlıq edib.

Xəbər verilir ki, bu barədə məlumat “Apple”ın internet saytında iPhone əməliyyat sistemi iOS-un ən son versiyası ilə bağlı "iPhone üçün vacib təhlükəsizlik məlumatı" başlığı altındakı məqalədə yer alıb.

Apple istifadəçilərə cihaz işlək vəziyyətdə və ya enerji mənbəyinə qoşulmuş halda olan zaman, enerji adapteri və ya simsiz şarj cihazı ilə uzun müddət dəri təmasından qaçmaq üçün çağırış edir”. 

Xəbərdarlıqlarda cihazın enerji təchizatına qoşulmuş şarj kabelinin və birləşdiricisinin dərisi ilə uzun müddət təmasda olmanın və cihazın havalandırılmayan yerlərdə şarj edilməsinin “narahatlığa və ya yaralanmaya səbəb ola biləcəyi” vurğulanıb. 

"Bu şəkildə yatmayın” 

İstifadəçilərə cihazlarını, simsiz şarj alətini və ya enerji adapterini yorğan, yastıq və ya bədən altına qoymamaq və bu şəkildə yatmamaq tövsiyə olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39