Bazar ertəsi, 29 Aprel

Naxçıvana gedənlərin NƏZƏRİNƏ!

image

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq bu şəhərlər arasında səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri öncədən əldə edilməsi tövsiyə olunur.

Xəbər verilir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sərnişinlərə müraciətində bildirilir.

“Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq, aviaşirkət sərnişinlərə ən yaxşı uçuş vaxtını təmin etmək və mümkün narahatlığın qarşısını almaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.

AZAL Bakıdan Naxçıvana və geriyə müntəzəm uçuşların sayını artıraraq gündə 10 reysə çatdırıb. Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz: //youtu.be/9PiPTkNkBSU.

Əlavə suallar yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər”, – deyə müraciətdə qeyd olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39