Bazar ertəsi, 29 Aprel

İstanbulla bağlı həyəcan təbili çalınır: “Camaat nə etməlidir? Ev-eşiyini atıb...”

image

“Türkiyədə, əsasən də İstanbulda dəhşətli zəlzələnin baş verməsi haqqında çoxdandır fikirlər səslənir. Hətta Kahramanmaraşda sonuncu zəlzələ olanda mən elə bildim ki, İstanbulda da eynisi olacaq. Lakin tamam başqa cür oldu”.

Bu sözləri açıqlamasında seysmoloq Ənvər Əliyev deyib.

O, Türkiyə AFAD-ının “Böyük İstanbul zəlzələsi”nə hazırlıqla bağlı şəhərətrafı ərazilərdə geniş konteyner şəhərcikləri qurmasının səbəblərinə, habelə İstanbulda dəhşətli zəlzələnin baş verə biləcəyi ilə əlaqədar səslənən iddialara münasibət bildirib.

Ə .Əliyev söyləyib ki, İstanbulda zəlzələnin olacağını deyirlər, bu söhbət çoxdan var, amma dəqiqliklə kim necə deyə bilər ki, zəlzələ 100% olacaq. Onun fikrincə, camaatı indidən vahiməyə salmaq da düzgün deyil:

“İndi camaat nə etməlidir? Ev-eşiyini atıb qaçacaq? Mənə elə gəlir ki, “Böyük İstanbul zəlzələsi” tezisi ciddi bir fikir deyil. Bunu qabaqcadan demək çətindir. Çünki zəlzələnin vaxtını və məkanını demək mümkün deyil. Lakin seysmik zonalarda yerləşən şəhərlərdə zəlzələnin olması labüddür”.

“Xarici mütəxəssislər son illərdə İstanbulla bağlı həyəcan təbilini çalır və bu, gözləniləndir. Lakin indiki mərhələdə camaatı təşvişə salmağın mənası yoxdur. Elmi cəhətdən də bu məsələ ciddi bir şey deyil”, – o, fikirlərini tamamlayıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39