Bazar ertəsi, 29 Aprel

Əldə olan Qanqlion Kistlərin müalicəsi necə olur?

image

Bilək kisti də adlandırılan qanqlion kisti, kiçik bir maye kapsuludur. Bu kapsulun içərisində qatı, yapışqan, şəffaf və geləbənzər maye var.

Qanqlion kistlərinin bir hissesi müeyyen müddət sonra öz-özünə yox olur. Sağalmayan və ağrıya səbəb olan qanqlion kistləri müalicə tələb edə bilər.

Qanqlion kisti nədir?

Qanqlion kistləri bilək və ya əllərin tendonları və oynaqları boyunca yayılmış, xoşxasseli  şişlərdir. Qanqlion kistləri müxtəlif ölçülərdə müşahidə edilə bilər. Qanqlion kistləri yaxınlıqdakı sinirə basacaq qeder inkişaf edərsə, ağrı hiss edilə bilər.Qanqlion kistindəki maye, oynaqlardakı  sinovial mayeyə bənzəyir.

Qanqlion kistlərinin əlamətləri hansılardır?

Yerləşməsi: Qanqlion kistləri ən çox bilək və ya əlin tendonları və ya oynaqları boyunca inkişaf edir. Qanqlion kistlərinin ikinci ən çox yayıldığı yer topuq və ayaqdır.

Ağrı: Qanqlion kistləri adətən ağrısızdır. Ancaq kist sinirə basarsa, kiçik ölçüdə olsa belə, ağrı, uyuşma və ya əzələ zəifliyinə səbəb ola bilər.

Qanqlion kistini kimlerde yarana biler?

Sadalayacağımız  xüsusiyyətlərə malik olan insanlarda qanqlion kistlərinin əmələ gəlmə ehtimalı daha yüksəkdir.

Cins və yaş: Qanqlion kistləri qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Ən çox 20-40 yaş arasında baş verir.
Travma: Keçmişdə olan  travmadan sonra zədələnmiş oynaqların və ya vətərlərin qanqlion kistlərinin inkişafı ehtimalı yüksəkdir.

Peşə: Davamlı olaraq biləkdən istifadə edən məşğuliyyətləri olanlar, müalicə olunsa belə, yenidən qanqlion kistləri inkişaf etme ehtimalı var.

Qanqlion kisti necə müalicə olunur?

Qanqlion kistləri adətən ağrısızdır və müalicə tələb etmir. Ancaq kist ağrıya səbəb olarsa və ya oynaqların hərəkətinə mane olarsa müalice ehtiyacı yarana biler.

İmmobilizasiya: Xüsusi korsetle müvəqqəti olaraq immobilizasiya etmək faydalıdır. Lakin korsetden  uzun müddət istifadə əzələ zəifliyinə səbəb olur. Bu səbəbdən həkimin tövsiyə etdiyi müddətdən artıq istifadə edilməməlidir.

Aspirasiya: Aspirasiya adətən xəstəxananın və ya poliklinikanın ambulator şöbəsində aparılır. Həkim qanqlionun mayesini mümkün qədər çox çıxarmaq üçün iynədən istifadə edəcək.Aspirasiya sadə və az ağrılızdır .Lakin bütün qanqlion kistlərinin təxminən yarısı bu müalicədən sonra tekrar emele gelir. Kist yeniden yaranarsa , əməliyyat lazım ola bilər.

Cərrahi müdaxilə zamanı kist mayesi ve kapsulu ile beraber çıxarılır.

Müalicə və müayinə barədə məlumat əldə etmək üçün lütfən İstanbul NS Klinika ilə əlaqə saxlayın.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39