Bazar, 28 Aprel

Priqojinin susqunluğu... - “Vaqner” başçısı nədən Ukrayna mövzusunda danışmır?

image

Məlum olduğu kimi, “Vaqner”-in iyunda baş verən uğursuz qiyamından sonra Yevgeni Priqojin demək olar ki, efirlərə çıxmır, açıqalmalar vermir. O, nəinki şəxsi düşməni və Ukraynadakı uğursuzluqların səbəbkarı hesab etdiyi, xəyanətkar adlandırdığı Sergey Şoyqu və Valeri Gerasimovun adını çəkmir, hətta ümumiyyətlə, Ukrayna mövzusunda heç nə danışmır.

Xəbər verilir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) son hesabatında Priqojinin xüsusilə də Ukrayna mövzusunda susqunluğunu onun Kremllə əldə etdiyi razılaşma ilə əlaqələndirib. İnstitutun ekspertləri qeyd edirlər ki, Priqojin qiyamdan sonrakı nadir çıxışlarını əsasən “Vaqner”-in Afrikadakı fəaliyyətinə həsr edir və Ukrayna mövzusuna toxunmur.

Qeyd olunur ki, “Vaqner”-ə aid teleqram kanalında son olaraq avqustun 15-də Priqojinin audioyazısı yayımlanıb.

Həmin səsyazmasında Priqojin Nigerdə baş verən çevrilişi şərh edib və “Vaqner”-in bütün dünyada, xüsusilə də Afrikada nüfuzunun artması ilə öyünüb: “Bu, onu göstərir ki, Priqojin hətta ritorika səviyyəsində belə Ukrayna müharibəsi mövzusundakı məhdudiyyətə riayət etməli olub”.

Mütəxəssislər hesab edirlər ki, Priqojin öz biznesinə, varidatına və “Vaqner”ə nəzarətin saxlanılması müqabilində Ukrayna mövzusuna, eləcə də digər siyasi mövzulara müdaxilə etməmək öhdəliyi götürüb və hələ ki, bu öhdəliklərə əməl edir...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39