Bazar, 28 Aprel

Neymar 100 milyon avroya “Əl-Hilal”da

image

Fransanın PSJ klubu futbolçusu Neymarı Səudiyyə Ərəbistanının “Əl-Hilal”ına satıb.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər 100 milyon avro transfer məbləği ilə bağlı ortaq məxrəcə gəliblər.

Braziliyalı vinger bu gün yeni komandası üçün tibbi müayinədən keçəcək. “Sambaçı” ərəblərlə iki illik müqavilə imzalayacaq. O, “Əl-Hilal”da 10 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, 31 yaşlı Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya keçib və dünya futbolunda rekorda imza atıb. Fransa klubunun heyətində 173 oyun keçirən hücumçu 118 qol vurub və 77 məhsuldar ötürmə edib.

Neymar PSJ ilə birlikdə beşqat Fransa çempionu və dörd dəfə ölkə Superkubokunun qalibi olub, üç dəfə Fransa Kubokunu və iki dəfə Fransa Liqa Kubokunu qazanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39