Bazar ertəsi, 29 Aprel

İstanbuldan Bakıya gələn şəxs hava limanında həbs olundu - Fotolar

image

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 Beynəlxalq Hava Limanı” gömrük postunda İstanbul-Bakı aviareysi ilə Türkiyədən Azərbaycan Respublikasına gələn vətəndaşın üzərinə və əşyalarına yoxlama keçirilib.

Xəbər verilir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı həmin şəxsə məxsus çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə beş qabda gömrük nəzarətindən gizlətdiyi, ümumilikdə 750,831 qram kokain, 2,944 qram qurudulmuş marixuana, 2,742 qram həşiş qatranı narkotik vasitələri, 3,202 qram MDMA psixotrop maddəsi, tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olan külli miqdarda, 28 “Lyrica 150 mg” və 28 “Lyrica 300 mg” kapsulları aşkar olunaraq götürülüb. 

Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) və 240.3.2-ci (Güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla bir nəfər cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs seçilib, bir nəfər barəsində isə istintaqdan gizləndiyi üçün axtarış elan edilib.   

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39