Bazar, 28 Aprel

“Ermənilər bunu əleyhimizə istifadə istifadə etməyə çalışacaqlar, hazır olmalıyıq” - Açıqlama

image

“Hazırda Qarabağda gözlənilən hadisələr baş verir. Azərbaycan tərəfi də bilirdi ki, ermənilər təxribatlardan əl çəkməyəcəklər və yeni təxribatlar törədəcəklər”.

Bu sözləri açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

O, Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanın bölgəyə faktaraşdırıcı missiyanın göndərilməsi ilə bağlı sonuncu çıxışından sonra Azərbaycanın hansı addımlar ata biləcəyi ətrafında fikirlərini bölüşüb.

“Beynəlxalq birliyin bu məsələyə münasibətinə gəldikdə isə bu məsələyə başqa cür yanaşmağın tərəfindəyəm. Biz 30 il ərzində haqlı mövqeyimizi dünyaya çatdırmaqda çətinlik çəkirdik. Hansısa beynəlxalq qurumda haqqı-ədaləti dəstəkləyən bir qərar qəbul olunurdusa, biz bunu diplomatiyamızın böyük qələbəsi kimi qəbul edirdik. Maraqlıdır, əgər bunlar bizi diplomatik qələbəmizdirsə və indi bizi dinləməyib onları dinləyirlərsə, bunun səbəbi nədir? Niyə biz bu məsələdə zəifik və həyata keçirə bilmirik?”, – əlavə edib.

Analitik düşünür ki, ölkə diplomatiyasının həyata keçirilməsi təkcə Prezidentin çiynində olmamalıdır:

“İndi bütün diplomatlar arxayın oturub ki, Prezident göstəriş verəcək, sonra mən nə isə edəcəyəm. Xeyr, Prezident ümumi istiqamət verir, qalan ümumi xırdalıqları isə diplomatlar özləri işləməlidirlər. Əgər işləmirlərsə, həyata keçirmirlərsə, bu, bizim zəfiliyimizdir. Nəticədə də ermənilər bu cür hoqqalar çıxarıb beynəlxalq birliyin diqqətini özlərinə yönəldə bilirlər”.

Müsahibimiz sual edib ki, nəyə görə biz əks-tədbirlər həyata keçirib bu diqqəti düzgün istiqamətə yönəldə bilmirik:

“Biz UNESCO ilə işləyəndə bu quruma milyonlarla dollar vəsait ayrırdıq. UNESCO bir dəfə də olsun faktaraşdırıcı missiya göndərib Qarabağı yoxlamadı, orada baş verən hadisələrə diqqət yetirmədi. Bu gün Ukraynada UNESCO-nun nümayəndə heyəti oturub o yan-bu yanı araşdırır. Bəs Azərbaycanın tarixi, milli-mədəni abidələrinin məhv edilməsi, tarixi toponimlərinin ərazilərdəki dəyişdirilməsi və digər məsələlərə niyə UNESCO reaksiya verməyib? Kim necə istəyir, qəbul etsin, bu, sadəcə bizim zəifliyimiz olub”.

“O ki qaldı ermənilərin təxribatına, məşhur bir misalda deyilir ki, “o yerdəki diplomatiya bitir, orada silahlar danışmağa başlayır”. Ermənilər əlindən gələni edirlər ki, bölgədə silahlar danışsın. Silah danışanda isə ermənilər hərb meydanında məğlub olacaqlar. Amma müəyyən dərəcədə bundan Azərbaycana qarşı diplomatik həmlələri artırmaq üçün istifadə edəcəklər. Çünki belə bir hal baş verərsə, qısamüddətli bir toqquşma olub Azərbaycanın xeyrinə bitəcək. Belə olanda isə ermənilər bunu əleyhimizə istifadə istifadə etməyə çalışacaqlar. Biz bu mərhələdə buna hazır olmalıyıq”, – N. Şəfiyev söyləyib.

Siyasi təhlilçi təkrar edib ki, diplomatlar yalnız Prezidentdən göstəriş gözləməli deyillər, əksinə, Prezidentə məsləhətlərini verməli və özləri işi necə görüblərsə, bunun üstündə işləyib hazır konsepsiyaları ortaya qoymalıdırlar:

“Bütün dünyada siyasi sistemlər belə işləyir. Mütəxəssislər hazırlayır, rəhbərliyə təqdim edir, rəhbərlik təqdim edir və sonda mütəxəssislər bunun icrası ilə məşğul olur. Axı bir insan bütün yükü çiynində daşıyası deyil? Bu qədər şeyi bir adama yükləmək ona olan hörmət yox, deyərdim ki, qərəzli münasibətdir. Belə çıxır ki, onun üstünə bunu yükləyirlərsə, bütün məsuliyyəti də onun boynuna qoyurlar? Bəs müxtəlif sahələrdə çalışan insanların məsuliyyəti nədən ibarətdir? Yalnız hesabat verib əmrləri icra etmək? Bu, düzgün deyil axı”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39