Bazar ertəsi, 29 Aprel

Dənizdə batan qızları xilas etmək istəyən gənc özü də boğuldu - TƏFƏRRÜAT + VİDEO

image

Lənkəranın Sütəmurdov kəndi ərazisində yaşanan faciənin təfərrüatı məlum olub.

Belə ki, dənizdən meyitləri tapılanlar 2001-ci il təvəllüdlü Ramin Tahir oğlu Məmmədzadə və 2008-ci il təvəllüdlü Aysu Rafiq qızı Qəhrəmanzadə olub.

Məlumata görə, 2003-cü il təvəllüdlü Zeynəb Ramin qızı Əliyeva isə FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Zeynəb və Aysu xalaqızı olublar. Qızların boğulduğunu görən Ramin özünü çatdırıb və onlardan birini xilas edə bilib. Lakin ikinci cəhdi uğursuz olub və Aysunu xilas edərkən hər ikisi boğulub.

Meyitlər dənizdən Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış xilasediciləri tərəfindən çıxarılıb.

Xatırladaq ki, dünən eyni ərazidə beş nəfər boğulma təhlükəsi ilə üzləşib. Onlardan üçü xilas edilib, biri dünyasını dəyişib, digərinin isə axtarışları davam etdirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39