Bazar ertəsi, 29 Aprel

Putin və Ərdoğan arasında KRİTİK GÖRÜŞ: Hansı nəticələr əldə edilə bilər?

image

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və Zəngəzur dəhlizi məsələsi müzakirə olunacaq.Bu barədə fikirlər Türkiyə mətbuatında məlumatlar yer alıb.

Qeyd edilib ki, liderlər həmçinin “Taxıl sazişi”nin bərpasını, Suriyadakı durumu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.

Maraqlıdır, görüşdə müzakirə ediləcək məsələlər fonunda hansı nəticələr əldə edilə bilər?

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, NATO-nun Vilnüs Sammitindən sonra Türkiyə-Rusiya arasında münasibətlərin yeni mərhələsi başlayıb:

“Türkiyə Kollektiv Qərblə əlaqələri genişləndirir. Bu da Türkiyə maraqlarından irəli gəlir. Rusiyanın Azərbaycan-Ermənistan məsələsində konkret maraqları var. Rəsmi Kreml çalışır ki, sülh prosesi uzansın və iki ölkə arasında münasibətlər böhranlı şəkildə davam etsin. Ancaq Türkiyə bu görüşdə Rusiyadan da tələb edəcək ki, Qarabağdakı separatçılara dəstəkdən əl çəksin, Azərbaycanın milli maraqları kontekstində böhranlı siyasət ortaya qoymasın”.

M. Əsədullazadə hesab edir ki, bu səfər çərçivəsində Suriya ilə bağlı məsələlər də müzakirə mövzusudur:

“Çünki Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında vasitəçilik etməyə çalışır. Bu, mümkün ola bilər. Digər tərəfdən Taxıl Sazişi ilə bağlı razılaşmaların əldə olunma ehtimalı da böyükdür. Çünki Rusiya Türkiyə ilə münasibətləri korlamaq istəmir. Bu məsələdə Rusiyanın müttəfiq ölkələrindən olan Çin də maraqlıdır. Bu görüşdə Türkiyə Rusiya üzərində siyasi qələbəsini təmin edəcək”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55