Bazar ertəsi, 29 Aprel

Ermənistanın TIR şousu davam edir

image

Ermənistanın TIR şousu davam edir. Bir sıra xarici təşkilatların təxribat məqsədli bu şouya dəstək olması təəssüf doğurmaqla yanaşı, bölgədə vəziyyətin stabilləşməsinə də xidmət etmir. Ermənistan rəhbərliyi hələ də hər vəchlə Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçırır.

Xəbər verilir ki, bunu bu barədə deputat Vüqar Bayramov qeyd edib.

“26 km uzunluğu olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı bölgədə Xankəndiyə ən qısa məsafə hesab olunur. Laçın-Xankəndi yolu 60 km-dir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonun inkişafına töhfə baxımından da vacibdir. Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi əhəmiyyətlidir. Digər tərəfdən, əgər məqsəd Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göstərməkdirsə, niyə Ermənistan siyasi hakimiyyəti daha qısa və müasir standartlara uyğun qurulmuş yoldan istifadədən imtina edir?”, - Bayramov bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55