Bazar ertəsi, 29 Aprel

Taksi qiymətlərinin bahalaşması bu sahəyə necə təsir edəcək? - AÇIQLAMA

image

Bir neçə gün əvvəl "Bolt", "Uber", "Yango" taksi şirkətləri qısa məsafələr üçün qiymətləri artırıb. Belə ki, artıq vətəndaşlar qısa məsafə gedişlərində minimal olaraq 2,50 manat ödəməli olacaqlar. Bundan əvvəl "Yango", "Uber"də minimal gediş 1 - 1,2 ₼, "Bolt"da isə 1,5 - 1,6 ₼ olaraq dəyişirdi.

Bəs görəsən qısa məsafələrdə gedişin artması taksi istifadə edənlərin sayını azaldacaq?

Deputat Vüqar Bayramov açıqlamasında bildirib ki, taksi fəaliyyəti ilə bağlı yeni qaydalar oktyabrın 1-dən qüvvəyə minəcək. Onun sözlərinə görə, hiss olunur ki, taksi şirkətləri yeni qaydalara uyğunlaşmağa çalışırlar:

"Yeni qaydalar tək lisenziyaların, icazələrin alınması ilə bağlı deyil, eyni zamanda taksi xidmətində keyfiyyətin artırılması, o cümlədən bir sıra qaydalara əməl edilməsi ilə bağlıdır. Hələlik taksi sektorunda əvvəlki qaydalar tətbiq olunur. Yeni qaydaların tətbiqi fonunda taksi sektorunda tələbin azalması müşahidə olunacaq. Bu zaman vacib məqamlardan biri ictimai nəqliyyatın artacaq tələbə hazır olmasıdır. Taksi fəaliyyətinin tələbi azalacaqsa, o zaman ictimai nəqliyyata tələb artacaq. Ona görə də ictimai nəqliyyat sektorunun inkişaf etdirilməsi, fasiləsiz və keyfiyyətli xidmətin göstərilməsi, paytaxtda avtobusların sayının artırılması çox vacibdir".

Deputat qeyd edib ki, ictimai nəqliyyata artan tələbi ödəmək üçün infrastruktur və avtobus sayı baxımından dəyişikliyə ehtiyac var:

"Bu istiqamətdə addımlar atılmalıdır. Etiraf etmək lazımdır ki, ictimai nəqliyyatın mövcud infrastrukturu artan tələbi qarşılamaq potensialına malik deyil. Gözlənilir ki, qiymətlərin dəyişməsi ilə taksi fəaliyyətinə tələb azalacaq. Bu baxımdan ictimai nəqliyyata artan tələbin ödənilməsi üçün daha sistemli fəaliyyətin həyata keçirilməsi vacibdir. İctimai nəqliyyat inkişaf etdirməlidir ki, sərnişindaşımada çətinliklərin yaranmasın".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39