Bazar ertəsi, 29 Aprel

BMU-nun magistratura üzrə qəbul planı 99,7 faiz dolub

image

Bakı Mühəndislik Universitetinin (BMU) 2023/2024-cü tədris ili üçün magistratura səviyyəsi və MBA proqramı üzrə qəbul planı 99,7 faiz dolub.

Xəbər verilir ki, Ali təhsil ocağının magistr pilləsində 20 ixtisas və 29 ixtisaslaşma üzrə 181 yer ayrılıb. Bu yerlərin 151-i Azərbaycan, 30-u ingilis bölməsinin payına düşüb. Qəbul planında MBA proqramı üzrə isə 13 ixtisaslaşma üzrə 160 yer nəzərdə tutulub. Biznesin idarə edilməsi ixtisasları üzrə 140 yer Azərbaycan, 20 yer isə ingilis bölməsi üçün ayrılıb.

BMU-ya magistratura qəbulunda ən yüksək göstəricini də universitetin Memarlıq və inşaat fakültəsinin bakalavr pilləsinin məzunu Hüseynov İslam Zahid oğlu əldə edib. İ.Hüseynov tədrisi ingilis dilində aparılan Əsas üzvi sintezin kimyası və texnologiyası ixtisasını seçib. 

Hazırda BMU-nun magistratura səviyyəsinə qəbul olunan namizədlərin qeydiyyatı prosesi davam edir. Namizdlər iyulun 31-dək https://portal.edu.az/ platformasından elektron qaydada qeydiyyatdan keçməlidirlər (https://beu.edu.az/az/announcement/baki-muhendislik-universitetinin-magistratura-seviyyesine-qebul-olunan-namizedlerin-nezerine-346).  

Qeyd edək ki, BMU-da yeni tədris ilinin qəbul planında bir sıra yeni ixtisas və ixtisaslaşmalar  da yer alıb. Magistratura səviyyəsi üzrə qəbul planına əlavə edilən ixtisaslara Dizayn, Nəqliyyat tikintisi mühəndisliyi, ixtisaslaşmalara isə Dizayn və texniki estetika, Maşınların təmir texnologiyası və servisi, Maye və qazların nəqli avadanlıqları, Avtomobil yolları və aerodromların tikintisi, Körpülər və nəqliyyat qurğularının tikintisi aiddir. 

MBA proqramına əlavə edilən 7 yeni ixtisaslaşmaya isə Aqrobiznes, Beynəlxalq ticarət, Elektron idarəetmə, İctimayyətlə əlaqələr, Maliyyə mühəndisliyi, Təchizat zəncirinin idarə edilməsi, Mühəndislik layihələrin idarə edilməsi daxildir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55