Bazar, 28 Aprel

“Ərdoğanın sülhməramlılarla bağlı açıqlaması Rusiyanı narahat edir”

image

“Dünyada baş verən yeni nizam quruculuğu, eləcə də onunla bağlı geopolitik qarşıdurmanın sərtləşməsi, o cümlədən Rusiya-Ukrayna müharibəsində Rusiyanın vəziyyətinin çətinləşməsi Kremlin iştirak etdiyi və destruktiv rol oynadığı bütün bölgələrdə gərginliyi artırır. Biz bunu Liviyada, Suriyada, Moldovada (Dnestryanı), Mərkəzi Afrika Respublikasında, Gürcüstanda (Abxaziya Cənubi Osetiya) və Qarabağda müşahidə edə bilərik”.

Bu sözləri açıqlamasında siyasi analitik Sülhəddin Əkbər deyib.

Politoloq tanınmamış “DQR” rəhbərliyinin son günlər baş vermiş hadisələr fonunda verdiyi bəyanatlardan, separatçıların müharibə təhdidlərindən və bölgədə siyasi rıçaqlarını itirmək istəməyən Rusiya dövlətinin təxribatyönlü siyasətindən söz açıb.

Müsahibimiz aydınlaşdırıb ki, Rusiya artıq 5 illik müddətin bitməyə doğru getdiyini, eyni zamanda sülh prosesinin Brüssel və Vaşinqton platformalarında onun iradəsindən kənarda inkişaf etdiyini görür:

“Həmçinin, Rusiya yaxın perspektivdə ciddi şəkildə narahatlıq hiss edir. Çünki sülh prosesi artıq onun nəzarətindən çıxır, Azərbaycan Türkiyə ilə birlikdə Moskvanın iradəsindən kənar addımlar atır. Xüsusən də Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi yaratması, beynəlxalq hüquqa uyğun rejimi tətbiq etməsi və Ərdoğanın sülhməramlılarla bağlı son açıqlaması Rusiyanı ciddi şəkildə narahat edir”.

Onun sözlərinə görə, yeni gərginlik dalğası məhz Vaşinqtonda yüksəksəviyyəli görüşün keçirildiyi gündən başlayıb:

“Bunun ardınca Rusiyanın Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə münasibətləri gərginləşdirən təxrbatxarakterli bəyanat verməsi, sonra isə Azərbaycan Xarici İşlər Nazirliyinin Moskvaya sərt cavab verməsi və s. hadisələrin hamısı proseslərin inkişafının məntiqinə uyğun baş verən hadisələrdir.

Gərginlik getdikcə artacaq və Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını istəməyən qüvvələr, başda Rusiya, separatçı rejim, Rusiyanın Ermənistandakı “beşinci kolon”u, erməni kilsəsi, erməni diasporu, erməni lobbisi, Fransa və İran buna mane olmağa çalışacaqlar”.

S. Əkbər əmin edib ki, müharibəyə gəldikdə isə bu, nə Rusiyanın, nə separatçı rejimin, nə Ermənistanın, nə də Azərbaycanın marağına uyğun deyil:

“Müharibə Ukraynadan sonra Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyən dövlətlərin marağına uyğundur və bunu Moskva da anlayır. Ona görə də prosesin müharibə həddinə gələcəyini düşünmürəm. Rusiyanın indi nə gücü, nə də imkanı var. Çünki Ukraynada bataqlığa saplandığı, daxildə siyasi-hərbi-iqtisadi elitanın parçalandığı, ciddi problemlərin tüğyan etdiyi, xüsusən də “Vaqner” qiyamının çıxdığı bir vaxtda Moskva hansı güc və potensialla Türkiyə-Azərbaycan tandeminə qarşı Cənubi Qafqazda ikinci cəbhəni açmağa cürət edər? Heç bir halda. Ona görə də müharibədən nə Türkiyə, nə də Azərbaycan tərəfi çəkinmir, çünki bunun gələcək perspektivi yoxdur”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39