Bazar, 28 Aprel

Deputat Madər Musayev vəfat edib

image

Deputat Madər Musayev vəfat edib.

Bu barədə onun köməkçisi məlumat verib.

O qeyd edib ki, deputat xəstəlik səbəbindən bir neçə saat öncə dünyasını dəyişib.

Xatırladaq ki, bir neçə gün öncə Madər Musayevin ayağından xəsarət aldığı üçün xəstəxanaya yerləşdirildiyi və əməliyyat olunduğu haqqında məlumatlar yayılmışdı.

Madər Musayev 1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olub. Moskva Kooperativ İnstitutu Bakı filialının Sənaye əmtəəşünaslığı və ticarətin təş¬kili fakültəsini bitirib. “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

1964-cü ildən Bakı şəhərində ticarət idarəsində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı, direktor işləyib. 1986–1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb. VI Çağırış Milli Məclisin bitərəf deputatlarından idi.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci, altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, İntizam komissiyasının üzvü idi. Gürcüstan, İran, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Deputat evli idi, 3 övladı var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39