Bazar ertəsi, 29 Aprel

Siyavuş Novruzov: “Sübut edəcəyik ki, ruslar terrorçulara kömək edir”

image

“Rusiyanın sülhməramlı kontingentinin Qarabağda müvəqqəti yerləşdirilməsi məsələsi üçtərəfli razılaşma ilə bağlıdır. Protokolun müddəaları bir-bir yerinə yetirilir. Son nəticə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır". 

Xəbər verilir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O əlavə edib: "Bununla da bağlı həm xarici işlər nazirləri, həm Baş nazirin müavinləri səviyyəsində ciddi işlər gedir, görüşlər davam edir. Tədricən sülhə yaxınlaşırıq. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdıqdan sonra rus sülhməramlılarının Qarabağda qalmasına heç bir ehtiyac yoxdu”.

Deputat xatırladıb ki, sərhədlər 1991-ci ilin sazişinə uyğun olaraq müəyyənləşdirilir:

“Bununla bağlı Ermənistan rəhbərliyi də dəfələrlə qeyd edib ki, həmin tarixdə müəyyən olunmuş sərhədlərlə əlaqədar razılaşma gedir. Qarabağ və ətraf rayonların hamısı Azərbaycanın tərkib hissəsidir. Yəni o ərazilər ibtidaidən Azərbaycanın tərkibindədir. Bütün bu məsələlər həll olunduqdan, həm də Zəngəzur dəhlizi açıldıqdan sonra artıq sülhməramlılara ehtiyac qalmayacaq. Lakin bunu da nəzərə almaq lazımdır ki, Ermənistanın Rusiya ilə müqaviləsi var. Ermənistan dövlətinin sərhədlərini Rusiya qoşunları qoruyur. Bu baxımdan, ruslar artıq Qarabağdan çıxaraq Ermənistan tərəfdən Ermənistan-Azərbaycan dövlət sərhədində dura bilərlər. Bu, onların öz işləridir. Amma Azərbaycanın ərazisində yox”.

S. Novruzov qeyd edib: “Qarabağ Azərbaycanın ərazisidir. Əngəllər olsa, normativlər yerinə yetirilməsə, Azərbaycanın hüququ var ki, birtərəfli qaydada bu məsələlərdən imtina etsin, öz ərazisində hər hansı xarici dövlətin qoşunlarının, silahlı qüvvələrinin olmasını istəməsin. Sülhməramlılar onsuz da əks addımlar atırlar. Qanunsuz silahlı dəstələrə himayədarlıq edirlər, onların təchizatına yardım göstərirlər. Sərhəddə müəyyən pozuntular zamanı atışmalara da himayədarlıq edirlər.

Unudurlar ki, Türkiyə və Rusiyanın birgə monitorinq qrupu fəaliyyət göstərir. Monitorinq məntəqəsində hər şey qeydiyyatdan keçir. Biz sübutlarla təqdim edəcəyik ki, ruslar sülhməramlı yox, digər qeyri-qanuni silahlı dəstələrə, terrorçulara yardımçı rolunu oynayırlar”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55