Bazar ertəsi, 29 Aprel

Araikin Putindən növbəti istəyi: Separatçılar necə tərksilah olacaq? - Polkovnik açıqladı

image

Bu günlərdə rus sülhməramlılarının guya Qarabağda qalmaqda olan qanunsuz erməni hərbi birləşmələrini tərksilah etməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu olsa idi ilk gündən olardı. Əslində, bu qanunsuz silahlıların Azərbaycana qarşı təxribatlarının sayının artması üçün təhrikedici addımlar atılır. Çünki rus sülhməramlılarına terorrçuları silahsızlaşdırmaq sərf etmir. Onların bölgədə qalması üçün məhz bu cür təxribatların olması daha əlverişlidir.

Bunu hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, rus sülhməramlıları separatçıları təhriketməklə təxribatlara əl atır:

“Məqsəd Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqları prosesini pozmaqdır. Burada eyni zamanda Rusiya tərəfindən son zamanlar Laçın yolu ilə bağlı açıqlanan bəyanatlar da diqqətdən yayına bilməz. Əslində Rusiya tərəfi özünün də imza atdığı üçtərəfli razılaşmanın 4-cü bəndinin icrası ilə məşğul olmalıdır. Amma fakt odur ki, onlar bu məsələ ilə bağlı heç bir addım atmır”.

Polkovnik hesab edir ki, separatçı Araik Arutunyanın Vladimir Putinə müraciəti və bunun ardınca Rusiya prezidentinin Nikol Paşinyanla telefon danışığı real vəziyyətdən xəbər verir:

“Məhz rus sülhməramlılarının olduğu ərazidən Şuşa, Füzuli, Xocalı istiqamətindən Azərbaycan Ordusunun bölmələrinə qarşı edilən təxribatlar da bu qəbildəndir. Çünki rus sülhməramlılarının burada missiyası heç də prosesi tənzimləmək deyil. Onların məqsədi daha çox təxribat törətmək və gərginlik yaratmaqdır”.

Üzeyir Cəfərova görə, bütün bunlara qarşı Azərbaycanın adekvat addımlar atması labüddür:

“Çox güman ki, 2025-ci ilin noyabrını gözləmək mənasız olacaq. Amma buna baxmayaraq Azərbaycanın real məsələlərə reaksiyası özünü çox da gözlətməyəcək. Çünki yerdə vəziyyətin qıcıqlanması və Azərbaycanın növbəti dəfə daha sərt addımlar atması qaçılmazdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39