Bazar ertəsi, 29 Aprel

Almaniyada piyadalar üçün dünyanın ən uzun asma körpülərindən biri açılıb - FOTO

image

Almaniyada yeni qeyri-adi turistik məkan peyda olub.

Məlumata görə, “Skywalk Willingen” adlı 665 metrlik piyadalar üçün asma körpü iyulun əvvəlində Villinhen xizək kurortunda ziyarətçilərin istifadəsinə verilib. Almaniyadakı ən uzun piyada asma körpü Mülenkopfşanse xizəklə tullanma üzrə Dünya Kuboklarının keçirildiyi tramplin yaxınlığındakı iki yamac arasında uzanır.

İsveçrə tikinti firması tərəfindən inşa edilən yeni asma körpü Tibet üslubunda dizayn edilib. Onun heç bir ucaldıcı komponentləri və dayaqları yoxdur. Qurğu vadinin üzərində sərbəst şəkildə uzanır. Konstruksiyanın ümumi çəkisi - 125 ton, eni - 1,3 metrdir. Körpünün yerdən maksimum hündürlüyü 100 metrdir.

Bildirilir ki, layihənin planlaşdırılması, texniki detalların koordinasiyası, təhlükəsizlik məsələləri və layihənin həyata keçirilməsi beş ildən çox vaxt aparıb, xərci isə dörd milyon avronu keçib.

Qeyd olunur ki, körpüdə eyni vaxtda 750 nəfərə qədər insan ola bilər.
Xatırladaq ki, piyadalar üçün dünyanın ən uzun asma körpüsü hazırda Çexiyadadır. 721 metrlik “Sky Bridge” 2022-ci ildə açılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55