Şənbə, 27 Aprel

İranda SEPAH-la Təhlükəsizlik Nazirliyi arasında QARŞIDURMA: Xamenei bacarmır

image

İranın Ali Milli Təhlükəsizlik Şurası ilə SEPAH və ETTELAAT arasında katib Əli Şəmxaninin zamanında yaranmış ixtilaflar çözülmək əvəzinə daha da dərinləşir. 

Xatırladaq ki, məhz bu ixtilaflar üzündən Əli Şəmxani əleyhinə kompromatlar toplanmış, əvvəlcə yaxın köməkçisi Əli Əkbəri Britaniyaya casusluq ittihamı ilə həbs edilərək edam olunmuşdu. Sonra isə Şəmxaninin oğlanlarının adı böyük korrupsiya əməllərində çəkilərək istefaya məcbur edilmişdi. Yeni katib, general-mayor Əli Əkbər Əhmədianın İranın müxtəlif təhlükəsizlik xidmətlərini yenidən Şuranın çətiri altında birləşdirmək cəhdləri ciddi maneələrlə üzləşir. Baxmayaraq ki, onun təşəbbüsləri Ali Rəhbər Əli Xamenei tərəfindən dəstəklənir. Xamenei təkcə qurum rəhbərləri arasında deyil, bütün səviyyələrdə qarşılıqlı anlaşma mexanizmini tapmaq üçün qurum rəhbərlərini iclasa dəvət etmişdi.

Təhlükəsizlik Şurasındakı mənbənin mediaya sızdırmasında bildirilir ki, Xameneinin xidmət rəhbərləri ilə görüşündən sonra Əhmədian Ali Rəhbərin tövsiyələrini həyata keçirmək və xidmətləri vahid sistemdə birləşdirmək üçün onları Məşhəd şəhərində görüşə dəvət edib. Bu qurumlara əvvəllər məhz Ali Milli Təhlükəsizlik Şurası tərəfindən nəzarət edilirdi. Lakin iclasda İslam İnqilabı Keşikçiləri Korpusunun Təhlükəsizlik Agentliyinin komandiri general-mayor Məhəmməd Kazemi öz aparatının hər hansı digər təşkilatın nəzarətində olması perspektivini rədd edib.

O, hesabatlarının hərbi sirr olduğunu vurğulayaraq, hər hansı başqa qurumun, xüsusən şuradakı mülki şəxslərin onlara baxa bilməyəcəyini vurğulayır. Mənbənin sözlərinə görə, Kazemi xüsusən də Şamxaniyə yaxın olan və Böyük Britaniyaya casusluq ittihamı ilə edam edilən polkovnik Əli Əkbərinin işini gündəmə gətirib və şurada digər casusların da ola biləcəyinə işarə edib.

O iddia edib ki, buna görə də parlalel qurumların çoxluğu həyati əhəmiyyət kəsb edir və Ali Şuraya digər qurumları kəşfiyyat məlumatları verilməməlidir. Mənbə Əhmədianın ideyasının təkcə Kazemi tərəfindən deyil, təhlükəsizlik naziri İsmayıl Xətib tərəfindən də rədd edildiyini və onun da Ali Şuraya hesabat təqdim edilməsinə qarşı olduğunu deyir.

O, polkovnik Əkbərinin ssenarisinin təkrarlanmaması üçün nazirliyin Şuraya məlumat axınını məhdudlaşdıracağını bildirib. Bununla belə, görüş tam fiasko ilə də bitməyib, çünki Təhlükəsizlik Nazirliyi ilə İnqilab Keşikçiləri Korpusunun Mühafizə Xidməti arasında birgə əməliyyat qərargahının yaradılması barədə razılıq əldə olunub, amma bu qərargahda Ali Şuranın hər hansı başqa üzvü yox, Əhmədianın özü iştirak edəcək. Maraqlıdır ki, İranda səkkiz rəsmi təhlükəsizlik və kəşfiyyat orqanı var. Onların hər biri ayrı-ayrılıqda, digər qurumlarla koordinasiya olunmadan işləyir və belə paralel iş bu qurumların digərlərinə məlumat vermədən konkret bir məsələdə bir-birlərini təkrarlanmasına səbəb olur. Ali Təhlükəsizlik Şurası prezident və dini rəhbərə tabedir, dini rəhbərin Şura vasitəsilə bütün kəşfiyyat qurumlarına vahid koordinasiya həyata keçirməyə çalışmasına qarşı, göründüyü kimi, ciddi müqavimət var. SEPAH və ETTELAAT-ın əvvəl Şəmxaniyə, indi isə Əhmədiana tabe olmaqdan imtina etməsi həm də dini rəhbərə qarşı “kəşfiyyatçıların qiyamı” kimi nəzərdən keçirilə bilər. Görünür, hakimiyyətin ötürülməsində bu qurumların oynayacağı xüsusi rol nəzərə alındığından onlara nəzarətin kimdə olması da əlahiddə əhəmiyyətə malikdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39