Bazar ertəsi, 29 Aprel

Ürəktutmadan ölüm halları sürətlə artır: Bəs səbəbi nədir?

image

Son zamanlar ürək-damar xəstəlikləri və bu səbəbdən ölüm halları artıb. Cəmiyyətdə xəstəliyin və ölüm halının artmasına müxtəlif səbəblər göstərilir.

Məhz son günlər ürəktutmadan baş verən ölüm hallarına səbəb olduğu iddia edilən məsələlərdən biri kimi koronavirus əleyhinə vurulan peyvəndlər irəli sürülür. Lakin mütəxəssislər bu fikirdə deyil.

Məlumata görə, məsələ ilə bağlı Trend-in suallarını cavablandıran həkim-kardioloq Muxtar Müseyibov bildirib ki, ürəktutmadan ölüm halının səbəbi olaraq koronavirus vaksinin göstərilməsi sadəcə bir iddiadır.

"Ürəktutma səbəbindən ölüm hallarına praktikada tez-tez rastlaşırıq.

Daha öncə ürək xəstəlikləri bu qədər yayılmamışdı. Lakin təəssüflər olsun ki, indi belə xəstələr kifayət qədərdir. Burada bir çox səbəblər var. Bunlardan biri irsi səbəbdir. Yəni genetikada bu xəstəlik varsa, risklər də çoxalır. Az hərəkət, piylənmə, xolestrin ürəktutmadan ölüm riskini artırır. Bundan əlavə tütün və tütün məhsulları da səbəblərdən biridir.

Müasir dövrdə hər sahədə olan stres faktoru da müəyyən rol oynayır. Bütün bunların hər birini toplayanda ürək-damar xəstəliklərinin yayılma səbəbi ortaya çıxır.

Cəmiyyətin isə ürəktutmadan ölüm halının səbəbi olaraq koronavirus vaksinini göstərməsi iddiası ilə biz də rastlaşırıq. Bu, bizim üçün təbii ki, bir iddiadır və həkim olaraq iddialar əsasında fikir bildirə bilmərik. Elmi əsaslarla sübut olunan nəticələrə baxırıq.

Pandemiya dövründə, İkinci Qarabağ müharibəsi zamanı stresin artması faktoru da müəyyən rol oynayır. COVID-19 virusuna yoluxan zamanı ürək-damar xəstəliklərinin olması ilə qarşılaşırıq. Amma konkret olaraq vaksindən sonra ürək-damar xsətəliklərinin artması iddiası araşdırma mövzusudur. Bununla bağlı dəqiq fikir söyləmək olmaz", - deyə M.Müseyibov əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39