Bazar, 28 Aprel

Bakıda 15 nəfərin öldüyü dəhşətli yanğından 8 il ötür

image

19 May 2015-ci ildə Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğın hadisəsindən 8 il ötür.

Xəbər verilir ki, yanğının başlamasına səbəb ilkin versiya kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib.

Hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 19 may tarixli sərəncamı ilə baş verən yanğın hadisəsi ilə bağlı Dövlət Komissiyası yaradılıb. 20 may tarixində İlham Əliyev hadisə yerini ziyarət edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39