Şənbə, 27 Aprel

Azərbaycan on minlərlə insanın ölümünə səbəb olan virusa qarşı vaksin hazırladı

image

Ümumiyyətlə, vaksin hazırlanması bir neçə mərhələdən ibarət olur. Birinci mərhələsi laboratoriya şəraitində, yəni elmi tədqiqatların aparılmasıdır. Buna pre-klinik tədqiqatlar deyilir. Burada elmi tədqiqatlar aparılır sonra heyvan modelləri üzərində təsirini yoxlamaq üçün tədqiqatlar aparılır.

Xəbər verilir ki, bu barədə trend-ə özəl açıqlamasında AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov deyib.

O, qeyd edib ki, komandası tərəfindən bir neçə vaksin hazırlanıb.

"COVID-19-a qarşı həm vaksin, həm də dərman hazırladıq. Pre-klinik işlər başa çatdı. Bundan sonrakı işlər isə investora bağlı məsələdir. Çünki burada klinik tədqiqatları insanlar üzərində aparılması üçün maliyyə vəsaiti olmalıdır. Təəsüf ki, müəyyən məsələlərə görə maliyyə vəsaiti olmadı. Hazırladığımız vaksin dünyada yeganə vaksin oldu ki, "Omikron"da daxil olmaqla koronavirusun bütün variantlarına qarşı təsirli oldu. Bu barədə dünyanın ən prestijli jurnallarında çin alimləri tərəfindən məqalə çap edildi. Orada göstərilir ki, bizim hazırladığımız COVID-19-a qarşı vaksin "Omikron" və "Delta"ya qarşı effektivdir. Vaksinin adının Qarabağ qoyulması planlaşdırılıb. Pandemiya bitsə də "Omikron" variantı yenə də özünü göstərir. Koronavirusa qarşı universal bir vaksin olaraq hazırladıq. Hələ də gec deyil. İnsanlar hələ də "Omikron" varianta yoluxur. Bu vaksin yeni yaranan variantlara qarşı da effketivdir", - deyə T.Məmmədov bildirib.

Xatırladaq ki, bir müddət öncə T.Məmmədov müvafiq işlərə 20 nəfərdən ibarət komandası ilə pandemiyanın ilk günlərindən etibarən başladığını qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39