Bazar, 28 Aprel

Mahir hansı klubda oynamaq istəyir? - Özü açıqladı

image

"Matç bizim üçün həqiqətən çətin keçdi. Bütün həftə yaxşı hazırlaşsaq da, sürprizlərlə qarşılaşdıq. Maraqlı matç oldu. 10 dəqiqə ərzində hər iki komanda qol vurdu”. 

Xəbər verilir ki, bu sözləri “Konyaspor”da çıxış edən millimizin üzvü Mahir Emreli “Kontv”yə açıqlamasında deyib. 

Türkiyə Super Liqasının 33-cü turunda "Kayserispor"la 2:2 hesablı heç-heçə etdikləri matçı dəyərləndirən hücumçu öz çıxışı haqda da danışıb: "Buraya gəldiyimdən bəri aktiv olmadığım matç keçirdim. Ümid edirəm ki, bu, sonuncu belə görüşüm olar. Çünki belə davam etməsini istəmirəm”. 

Müqavilə ilə Zaqreb “Dinamo”suna məxsus olan və “Konyaspor”da icarə əsasında çıxış edən 26 yaşlı futbolçu Türkiyə klubunda qalmağın əleyhinə olmadığını bildirib: “Yeni mövsümlə bağlı klubdan mənimlə görüşən olmayıb. Mən Zaqreb "Dinamo"suna məxsus futbolçuyam. Amma “Konyaspor”da yeni mövsümün planlaşdırılmasında iştirak etsəm, şad olaram. Burada hər şey mənim üçün çox gözəldir. Ölkələrimiz arasında mədəniyyət fərqi yoxdur. Bir millətik”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39