Bazar, 28 Aprel

Qazinin çənəsini sındıran idmançı həbs edildi

image

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayevi vuraraq çənəsini sındıran Rəvan Nəbizadə barəsində 1 ay müddətinə qətimkan tədbiri seçilib.

Məlumata görə, R.Nəbizadə barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

Toplanan sənədlər Binəqədi Rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarı ilə R.Nəbizadə 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, döyüş növləri üzrə peşəkar idmançı əlillik dərəcəsi almaq üçün Komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. Bu zaman Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39