Bazar, 28 Aprel

Bakı Marafonu-2023 başlayır!

image

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında 6-cı dəfə Bakı Marafonu keçirilir.

Xəbər verilir ki, bu barədə “Bakı marafonu” öz rəsmi səhifəsində məlumat yayıb.

“Bakı Marafonu - 2023”ün qalibləri 2 kateqoriya üzrə müəyyən olunacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar.

İlk 3 yerin qalibləri medal və sertifikatlarla təltif ediləcəklər.

Bundan əlavə, bu il finiş xəttini ilk keçən 2000 finişçiyə medallar təqdim olunacaq.

“Küləyə qalib gəl” şüarı altında altıncı dəfə keçiriləcək Bakı Marafonunun bu il start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçiriləcək: Dövlət Bayrağı Meydanı-Dənizkənarı bulvar-Bakı Beynəlxalq Dəniz Vağzalı-Neftçilər prospekti-Bakı Ağ şəhər bulvarı-Xəqani Rüstəmov küçəsi – Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi-Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi-Neftçilər prospekti (Hökumət Evi, Muzey Mərkəzi, Kukla Teatrı, Qız qalası, Azneft dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39