Bazar ertəsi, 29 Aprel

Lavrovun ABŞ-a girişinə icazə verilmədi

image

ABŞ Rusiya nümayəndə heyətinin üzvlərinə giriş vizası , həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun xüsusi təyyarəsinin ölkəyə gəlməsinə icazə verməyib. 

Xəbər verilir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov məlumat verib.

Maraqlıdır ki, Lavrov bu ay Rusiyanın sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasının növbəti sessiyasına rəhbərlik etməli idi. 

Antonovun sözlərinə görə, martın sonunda Rusiya nümayəndə heyətinin üzvlərinə və jurnalistlərə viza verilməsi ilə bağlı ABŞ-ın Moskvadakı səfirliyinə sorğu göndərilib. Lakin indiyədək heç bir giriş icazəsi verilməyib.

Rusiya səfiri həmçinin iddia edir ki, ABŞ səfirliyi ruslar üçün viza müraciətlərini izahat olmadan müzakirə etmək üçün görüşü ləğv edib. 

"Hadisəyə bir neçə gün qalmasına baxmayaraq hələ də aydınlıq yoxdur", - Antonov bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39