Bazar ertəsi, 29 Aprel

Azərbaycandan İrana uçuşlar dayandırılıb? – RƏSMİ

image

Artıq bir müddətdir ki, İranla Azərbaycan arasında gərginlik yaşanır. Gərginliyin ən pik nöqtəsi 27 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının İranın Tehran şəhərində yerləşən səfirliyinin binasına silahlı hücum oldu. Hücum zamanı səfirliyin mühafizə xidmətinin rəisi şəhid oldu, iki mühafizəçi yaralandı.

Bəs baş verən gərginliklər fonunda Azərbaycandan İrana və əks istiqamətdə səfərlər varmı?

Xəbər verilir ki, Globalinfo.az bununla bağlı AZAL-a sorğu ünvanlayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycandan İrana, İrandan Azərbaycana uçuşlar mövcuddur:

“Bakı-Tehran reysləri hər həftənin cümə günləri yerinə yetirilir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39