Bazar, 28 Aprel

Ruslar şəhərin mərkəzinə girməyə peşman oldular – Geri çəkilirlər

image

“Baxmut uğrunda əsas döyüşlər artıq şəhərin mərkəzində gedir, amma hələlik mühasirə təhlükəsi yoxdur”.

Xəbər verilir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, ruslar üç tərəfdən Ukrayna qoşunlarını sıxışdırırlar, tutulan hər küçədə xeyli sayda canlı qüvvə yerləşdirilir.

“Orada vəziyyət çox ağırdır. Amma hansısa hərbi mənada bizə qalib gəldiklərini deyə bilmərəm, çünki onları sıxışdırırıq”, - Jdanov vurğulayıb.

Ekspert onu da bildirib ki, Baxmutun mərkəzi “Vaqner” və nizami rus qoşunları üçün maneəyə çevrilib:

“Şəhərin mərkəzinə nəzarəti uğurla özümüzdə saxlayırıq. Düşmənin istər şimaldan, istərsə də cənubdan irəliləmək cəhdinin qarşısını alırıq”.

Jdanov həmçinin əlavə edib ki, Ukrayna ordusu Marin və Avdiv ərazilərində taktiki mövqelərini yaxşılaşdırır: “Əks-hücum edirik, özü də kifayət qədər yaxşı. Artıq Rusiya qüvvələri bəzi ərazilərdə geri çəkilməyə məcbur olurlar”.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39