Cümə, 26 Aprel

Türkiyə Rusiya “S-400”lərindən imtina edə bilər

image

Türkiyə öz ərazisini müdafiə etmək üçün Rusiya istehsalı “S-400” yer-hava raket sistemlərindən imtina edə bilər. 

Bu barədə Türkiyənin “Aselsan” müdafiə şirkətinin rəhbəri Haluk Qorqun deyib. Onun sözlərinə görə, Türkiyə sınaqlar zamanı 100 kilometr məsafədəki hədəfləri vuran özünün “Siper” raketindən müdafiə sistemini yaratmaq üzərində işləyir: “Biz hava hücumundan müdafiə sistemləri hazırlayırıq. Nə “S-300”lərə, nə də “S-400”lərə ehtiyacımız yoxdur.

Onlara olan ehtiyacı aradan qaldırırıq. Bu, bizim borcumuzdur”, – deyə Qorqun bildirib. Qeyd edək ki, “Aselsan” Türkiyənin müdafiə sənayesinin pilotsuz uçuş aparatlarından döyüş təyyarələrinə və döyüş gəmilərinə kimi iddialı layihələrinin əksəriyyətində iştirak edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan getdikcə daxili hərbi qüdrətə əsaslanan daha iddialı xarici siyasət yürütməyi hədəfləyir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33