Bazar ertəsi, 29 Aprel

Beyləqanda sakinlərin ehtiyatsızlığı meşədə yanğına səbəb oldu

image

Beyləqan rayonu, Eyvazalılar kəndi yaxınlığındakı qamışlıq sahədə baş verən və sonradan meşə sahəsinə keçən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən söndürülüb.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, yanğına səbəb meşə sahəsi yaxınlığındakı ərazidə suvarma-drenaj kanallarının daxilindəki qamışlıqların kənd sakinləri tərəfindən yandırılması olub:

“Yanğın nəticəsində 2 hektar qamışlıq sahə yanıb, meşə fonduna ziyan dəyməyib. Hazırda baş verən yanğınla bağlı FHN-in əməkdaşları ilə birgə araşdırma aparılır”.

C.Qəribov yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, yanğına şərait yaradan bütün hallara qarşı birgə mübarizəyə çağırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39