Bazar, 28 Aprel

Təcili tibbi yardım maşınına yol vermədilər - Cərimə ediləcəklər! - Polisdən açıqlama

image

 

Paytaxtın Nobel prospektində, “Nargilə dairəsi” adlanan ərazidə sıxlıq zamanı maşınlar təcili tibbi yardım avtomobilinə yol verməyiblər. 

Görüntülərdən aydın olur ki, yolda üzü şəhər istiqamətinə uzun tıxac müşahidə edilir. Sıxlıqda serenalarını işə salan tibbi yardım avtomobilinə isə yoldakı digər nəqliyyat vasitələri heç bir məhəl qoymurlar. 

Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxladıq. 

 

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirdi ki, operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin (İXM) 331-ci maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilirlər, bu qayda pozuntusuna görə 100 manat cərimə tətbiq olunur:

Həmin qayda pozuntusu üç cərimə balı ilə qiymətləndirilir. Belə ki, “Yol hərəkəti haqqında” qanuna görə, operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, ali vəzifəli şəxslərin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir”.

A.Əsgərlinin sözlərinə görə, qanunun tələbinə uyğun olaraq operativ nəqliyyat vasitələrinin üstünlükləri “Yol Hərəkəti Haqqında Qanunun” 48-ci maddəsində öz əksini tapıb:

“Operativ nəqliyyat vasitəsinə yol açmaq üçün bütün imkanları dəyərləndirmək lazımdır. Əgər yolda hətta 6 km/saat sürətlə hərəkət varsa, orada yolun sağına çıxmaq imkanı var. Hərəkətin tamamilə dayandığı tıxaclarda mövcud vəziyyət başadüşüləndir.

Sadalanan hallarda operativ nəqliyyat vasitələrinə yol verməyən nəqliyyat vasitələri qanunun tələbləri çərçivəsində məsuliyyətə cəlb ediləcəklər".

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39