Cümə, 26 Aprel

Stoltenberq: “Şimali Koreya Rusiyaya raketlərlə kömək edir”

image

“Şimali Koreya Rusiyaya raketlərlə kömək edir”.

Xəbər verilir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Seulda çıxışı zamanı deyib.

O bildirib ki, KXDR Rusiyaya yardım edir: “Rusiya yeni hücuma hazırlaşır. Bu gün heç kim müharibənin nə vaxt bitəcəyini deyə bilməz. Amma dəqiq bildiyim odur ki, Putin Avropanın suveren demokratik dövlətini işğal etmək qərarına gəlib. O, istəsə, müharibəni bu gün bitərə bilər. Ancaq bunu istəmir”.

Stoltenberq qeyd edib ki, Rusiya fəal şəkildə silahlanır: “Rusiya İran və Şimali Koreya kimi digər avtoritar dövlətlərin dəstəyi sayəsində öz silah arsenalını artırır. Beləliklə, biz uzunmüddətli savaşa hazır olmalıyıq. Putinin qalib gəlməsinin qarşısını almaq lazımdır. Bu, təkcə Ukraynaya yox, bütün sivil dünyaya lazımdır. Buna görə də Ukraynanı dəstəkləməyə davam etməyimiz çox vacibdir”.

Onun sözlərinə görə, Kiyevə dəstək davam etməlidir: “Nə qədər ki, Putin döyüş meydanında qalib gələcəyinə inanır, o, danışıqlar masası arxasına əyləşməyəcək”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33