Cümə, 10 May

Azərbaycanda koronavirus bu zaman yox olacaq - Həkimdən AÇIQLAMA

image

"Ölkəmizdə COVİD 19-a yoluxanların sayının aşağı düşməsinə səbəb uğurla davam edən vaksinasiya prosesinin nəticəsidir".

Xəbər verilir ki, bunu açıqlamasında həkim-infeksionisti Aygül Əliyeva deyib.

İnfeksionist bildirib ki, epidemioloji vəziyyəti kontrolda saxlamaq üçün vaksinasiya prosesi davam etdirilməlidir:

"Koronavirusa qarşı peyvəndlənmə bütün ölkələrdə eyni səviyyədə deyil. Bəzi ölkələrdə əhalinin çox az faizi peyvənd olunub. Pandemiyanın bitməsi üçün dünya əhalisinin təqribən 80%-i vaksinasiya olunmalıdır. Ancaq o zaman pandemiyanın bitməsi haqqında düşünə bilərik.

Bir çox ştammlar əmələ gəlsə də, istifadə olunan vaksinlərin həmin ştamlara qarşı effektli olduğunu bilirik. Vəziyyəti kontrolda saxlamaq üçün vaksinasiya prosesi davam etdirilməli və mütləq sanitar-epidemioloji (maska, sosial məsafə, əl gigiyenası) qaydalara əməl edilməlidir".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25