Çərşənbə, 26 İyun

Arutyunyana yeni ittihamlar irəli sürüldü

image

Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı irəli sürülən ittihamları yenidən təsnif edib.

Xəbər verilir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Hazırda Arutyunyan Ermənistan Cinayət Məcəlləsinin 309-cu maddəsinin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaq) ilə ittiham olunur.

Bundan əvvəl ona Cinayət Məcəlləsinin 300.1-ci maddəsi (konstitusiya quruluşunun devrilməsi) ilə ittiham irəli sürülmüşdü.

Xatırladaq ki, Mikael Arutyunyan 1-2 mart 2008-ci il hadisələrinə görə keçmiş prezident Robert Koçaryan və bir sıra digər sabiq rəsmilərlə birlikdə günahkar bilinir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39