Bazar ertəsi, 29 Aprel

Qarabağ erməniləri indi də “işıq şou”suna başladılar

image

Laçın yolunun guya “bağlanması” barədə bir aydır davam etdirdikləri hay-küy kampaniyasının nəticə vermədiyini görən ermənilər indi də növbəti bəhanəyə əl atıb, Azərbaycanı şərləməyə çalışırlar.

Xəbər verilir ki, düşmən ölkənin mediası “Azərbaycan Ermənistandan Artsaxı  qidalandıran yeganə yüksək gərginlikli xətdə qəza baş verən ərazidə yenidənqurma işlərinə icazə vermir”-iddiasını tirajlamağa başlayıb.

Qeyd olunur ki, bundan əvvəl Qarabağdakı “informasiya qərargahı” yanvarın 9-da saat 14:35-də Ermənistandan Qarabağ ermənilərini təmin edən yeganə yüksək gərginlikli 110 kV-luq Gorus-Xankəndi xəttinin 33-cü km-də qəza baş verdiyi barədə açıqlama yayıb. İddia olunur ki, avadanlıqlar qəzanın keçən ilin avqustunda Azərbaycanın nəzarətinə keçən ərazilərdə, Zabux-Laçın hissəsində baş verdiyini qeydə alıb. Bundan sonra ermənilərin yaşadığı ərazilərə elektrik enerjisinin guya “müvafiq məhdudiyyətlərlə yerli elektrik stansiyaları vasitəsilə verilməsi barədə qərar qəbul edilib”.

Yanvarın 10-dan etibarən elektrik enerjisinin verilişində fasilələrin yarandığı da iddialar arasındadır.

Xatırladaq ki, ötən ilin dekabrında Qarabağ separatçıları Xankəndinin qazsız qaldığı barədə hay-küy qaldırmışdılar və iddia edirdilər ki, qəzanın aradan qaldırılmasına Azərbaycan imkan vermir. Amma bir neçə gündən sonra “qəza”nın aradan qaldırıldığını elan etdilər. İndi də elektrik enerjisi ətrafında oyunbazlığa başlayıblar.

Sual olunur, ümumiyyətlə, niyə Qarabağ ermənilərinin qazı və ya elektrik enerjisi Ermənistandan gəlməlidir, Azərbaycanla hər hansı razılaşma, müqavilə və sair olmadığı halda?!

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39