Şənbə, 27 Aprel

TƏCİLİ! Dünya bu virusa təslim olur, 30-a yaxın ölkə… - HƏYƏCAN TƏBİLİ

image

Artıq 3 ildən çoxdur ki, koronavirusla mübarizə aparan dünya indi omikron alt variantı olan XBB.1.5-dən təşvişə düşüb.

Xəbər verilir ki, "Kraken" kimi tanınan XBB.1.5 variantı 30-a yaxın ölkədə yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Fövqəladə hallar üzrə direktoru Ketrin Smolvud dünən keçirdiyi mətbuat konfransında XBB.1.5 alt variantının Avropada artımla müşahidə olunduğunu açıqlayıb.

ÜST riskin daha yüksək olduğu hallarda, məsələn, uzun təyyarə səfərlərində maska ​​taxmağı tövsiyə edib.

XBB.1.5 Omikronun bu günə qədər ən sürətli yayılan alt variantıdır.

Huff Post-a danışan ABŞ səhiyyə ekspertlərinin fikrincə, XBB.1.5-in 5 əsas simptomu aşağıdakılardır:

Əzələ ağrısı.

Şiddətli öskürək.

Boğaz ağrısı.

Baş ağrısı.

Burun tıxanıqlığı.

Eyni qəzetə danışan Saint Peter's Universiteti Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Dr. Henry Redel yeni variantda keçmişdə müşahidə olunan bəzi simptomlarla daha az rastlaşdıqlarını bildirib. Daha az rast gəlinən simptomlara dad və qoxu itkisi, həmçinin nəfəs darlığı daxildir.

Cons Hopkins Universitetinin virusoloqu Endryu Pekosz isə bildirib ki, XBB.1.5 immunitetdən yayınır, çünki onun hüceyrələrə daha yaxşı bağlanmasına imkan verən əlavə mutasiyaya sahibdir.

"Virus hüceyrələrə daha yaxşı daxil olmaq üçün möhkəm yapışır və bu, virusun digər insanlara daha çox yoluxmasına səbəb olur" - Pekosz deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39