Bazar ertəsi, 29 Aprel

Şəmkirdə dövlət qurumunun əməkdaşı faciəli şəkildə öldü

image

Şəmkir rayonunda 36 yaşlı kişi ehtiyatsızlıqdan vəfat edib.

Məlumata görə, 1986-cı il təvəllüdlü Elməddin Əhmədov artezian quyusuna elektrik naqili çəkən zaman ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinə rayon sakini 1986-cı il təvəllüdlü Elməddin Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları və rayon prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. İlkin məlumata görə, E.Əhmədov artezian quyusuna elektrik naqili çəkərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, o, Şəmkir Suvarma Sistemləri İdarəsinin əməkdaşı olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39