Şənbə, 27 Aprel

Hərbi ekspert: Rusiya müharibəni uduzduqdan sonra dağılacaq

image

"Rusiya Federasiyasının başlatdığı hazırkı müharibədə Ukraynaya qələbə lazımdır. Təzminat yükü rusların çiyninə düşəcək, bu da ölkəni parçalayacaq".

Xəbər verilir ki, bu sözləri ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Roman Svitan deyib. 

"Bizə qələbə lazımdır. Rusiya sisteminin gələcək məsələlərini ruslar həll etməlidir", - ekspert qeyd edib.

Roman Svitan hesab edir ki, Rusiya indiki sərhədləri daxilində də qalmayacaq.

roman-svitan.jpg (24 KB)

Roman Svitan

"Rusiya federasiyadır, dövlətlər ittifaqıdır. Onların konstitusiyasında indi 21 qanuni respublika və bir neçə dövlət quruluşu var. Düşünmürəm ki, Rusiya Federasiyası indiki sərhədləri daxilində qalsın. Biz onlarla bir şəkildə yaşamalı olacağıq, amma unutmaq lazım deyil ki, Ukraynanın məruz qaldığı maliyyə itkiləri kompensasiya edilməlidir. Hər bir ukraynalıya təxminən bir milyon dollar təzminat ödəmək öhtəliyi rusların üzərinə düşəcək və bu, təxminən 43 trilyon dollar edir. Rusiya üçün bunu ödəmək əlçatmazdır. Bu, Rusiyanı parçalayacaq, çünki millətlərdən heç biri hakimiyyətin axmaqlığı ucbatından ödənməli olan bu məbləği ödəmək istəməyəcək”, - Roman Svitan fikrini yekunlaşdırıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45