Rusiyada naməlum şəxs hərbi hissə binasını YANDIRDI
Rusiyada naməlum şəxs hərbi hissə binasını YANDIRDI
Moskva vilayətinin Ramenski rayonunun Zyuzino kəndində yerləşən hərbi hissənin binası yandırılıb.
Xəbər verilir ki, naməlum şəxs hərbi hissəyə 4 ədəd "molotov kokteyli" atıb.
"Yanğına cəhd oktyabrın 5-nə keçən gecə edilib. Hücum edən şəxs binanın pəncərəsindən 4 ədəd "molotov kokteyli" atıb, onlardan ikisi qırılıb, yanğın başlayıb, binanın üzlüyü zədələnib. Daha iki atılmış şüşə bütöv qalıb, onlar hadisə yerinə gələn polis tərəfindən aşkar edilərək götürülüb", - məlumatda deyilir.
Azadsoz.com