Cümə, 29 Mart

Axtarış

Yanğın” üzrə 642 nəticə tapıldı

27.03.2024 - 13:10

Parklanma qiymətlərinin artırılmasına aydınlıq gətirildi

1 aprel tarixindən etibarən Azadlıq meydanınındakı yeraltı dayanacaqda avtomobil park etmək üçün yeni tariflər tətbiq olunacaq. KONKRET.az xəbər verir ki, 0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş tələb olunacaq. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. “Qonşular” paketinə görə 75


26.03.2024 - 12:13

Sabunçuda 3 otaqlı evdə yanğın

Sabunçuda 3 otaqlı evdə yanğın baş verib. FHN-dən verilən xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 1 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


26.03.2024 - 10:06

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixədək...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Xəbər verilir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükə


23.03.2024 - 09:26

Moskvada məşhur ticarət mərkəzində silahlı insident: Ölü sayı 82-ə çatıb - FOTO/VİDEO - YENİLƏNİB

Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 82-ə çatıb. Xəbər verilir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb. Məlumata görə, onlardan 3-ü uşaqdır. Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib. ***08:06 Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 70-ə çatıb. Xəbər verilir ki, bu barədə hakimiyyətə yaxın “Shot” teleqram kanalı bildirib. “İlkin


23.03.2024 - 08:55

Emin Ağalarov: Bu terror aktı şəxsən mənə və ailəmə toxunub - FOTO

“Krokus Qrup”un birinci vitse-prezidenti Emin Ağalarov “Krokus siti holl”un konsert zalında törədilmiş terror aktı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib, bu terror aktının onun ailəsinə də təsir etdiyini vurğulayıb. Xəbər verilir ki, bu barədə biznesmen instaqramda yazıb. “Krokus siti holl”da baş vermiş dəhşətli hadisələrlə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.


20.03.2024 - 10:22

Naxçıvanda birmərtəbəli ev yanıb

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində ev yanıb. Xəbər verilir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan, birmərtəbəli, 3 otaq və eyvandan ibarət evin 1 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. “Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”,


16.03.2024 - 12:40

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə “IQAir” beynəlxalq hava keyfiyyətinin monitorinqi xidmətindən məlumat verilib. Məlumata görə, Çianqmayda havadakı PM2.5 mikrotozunun səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş təhlükəsizlik həddindən 35 dəfə yüksək olub. Jurnalistlər aydınlaşdırıblar ki, Çianqmaydakı qalın dumanın


16.03.2024 - 12:18

Rusiyada eyni anda iki neft emalı zavoduna PUA hücumu oldu - VİDEO

Rusiyanın Samara vilayətində iki zavoda pilotsuz uçuş aparatları ilə (PUA) hücum olub. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Birinci PUA Sızrandakı neft emalı zavodunun ərazisinə düşüb. Orada yanğın başlayıb. Hazırda yanğının sahəsi 500 kvadratmetrdir. Fövqəladə Hallar Xidməti hadisə yerindədir. Eyni vaxtda daha bir neçə pilotsuz təyyarə Novokuybışevsk neft emalı zavoduna hücum edib. Orada da yanğın başlayıb. Həmin


14.03.2024 - 10:09

Bakıda mərasim zalında yanğın olub

Bakıda mərasim zalında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 200 m² olan təmirə dayanan mərasim zalında 1 ədəd stol, 10 ədəd stul və 1 ədəd kondisioner yanıb. Mərasim zalı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


13.03.2024 - 09:18

Ukrayna Rusiya ərazisinə PUA-larla hücum etdi, qurbanlar var 

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiyann Ryazan vilayətindəki neft emalı zavodunu vurub.  Xəbər verilir ki, bu barədə vilayətin qubernatoru Pavel Malkov məlumat verib. Qeyd olunub ki, hücumdan sonra zavodda yanğın başlayıb. “İlkin məlumata görə, qurban var”, - qubernator bildirib. Bundan başqa, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri son sutkada Voronej vilayətinə də 30 PUA ilə hücum ediblər. Qurbernator Aleksandr Qusev bildirib ki, infrastruktura


11.03.2024 - 18:39

Smartfon işlədənlərin NƏZƏRİNƏ - Bu halda telefonunuz partlaya bilər - VİDEO

Bəzən saatlarla, hətta gecədən səhərə qədər telefonu şarj edən insanlar var. Adi hal kimi qəbul edənlər bir müddət sonra yaranacaq təhlükədən xəbərsizdirlər.  Mütəxəssislər bildirir ki, uzun müddətli şarj telefonun partlamasına səbəb ola bilər. Ən yaxşı halda isə smartfonun batareyası sıradan çıxır.  Mütəxəssis Rövşən Əsədov aztv-yə bildirib ki, əgər telefonun


11.03.2024 - 14:23

Xətai rayonunda yaşayış binasında yanğın

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. FHN-dən verilən xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 97 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd aspirator və 1 ədəd xalça yanıb. Yüksək temperaturdan mətbəx mebeli 3 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğı


Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45