Cümə, 10 May

Zelenski Ukraynanın sürətləndirilmiş qaydada NATO-ya üzvlüyü ilə bağlı ərizəni imzalayıb

image

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin sürətləndirilmiş qaydada NATO-ya üzvlüyü ilə bağlı ərizəni imzalayıb.

Xəbər verilir ki, bu barədə Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində bildirib.

Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO Alyansının bir hissəsidir.

“Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir. Biz Ukraynanın Alyansa sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”, - Zelenski deyib.

Ukrayna lideri qeyd edib ki, Ukrayna de-fakto NATO-da öz yolunu keçib:

“De-fakto, biz artıq Alyansın standartlarına uyğunluğumuzu sübut etmişik. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32