Cümə axşamı, 09 May

ABŞ kəşfiyyatı açıqladı: Rusiya Baydenin, İran isə Trampın...

image

ABŞ Milli Kəşfiyyat Xidməti tərəfindən açıqlanan 15 səhifəlik hesabatda Rusiyanın Demokrat Partiyasının namizədi Co Baydenə qarşı dezinformasiya yaydığı təsdiqlənib.

Aftafa.tv xarici mediaya istinadən xəbər verir ki, hesabatda Bayden ailəsi ilə Ukrayna arasında iddia olunan bəzi maliyyə işləri ilə bağlı xəbərlərdə Moskvanın əli olduğu bildirilir, əsas məqsədin isə Baydenin namizəd kimi zəiflədilməsi olduğu qeyd edilir.

Hesabatda İranın Donald Trampın əleyhinə bəzi dezinformasiya kampaniyaları həyata keçirdiyi də qeyd edilib.

Çinin ABŞ ilə münasibətlərdə normallaşma axtarışında olduğu və ABŞ-dakı son prezident seçkilərinə müdaxilə etmək kimi məqsədinin olmadığı da hesabatda öz əksini tapıb.

Bundan başqa, hesabatda Rusiya və İran qədər olmasa da, Venesuela, Kuba və Hizbullahın da seçkilərdə təsir yaratmağa hesablanan addımlar atdığı qeyd edilib.

ABŞ kəşfiyyatı Donald Trampın 2016-cı il seçkilərində Rusiyanın müdaxilə etdiyini açıqlamışdı.

Xatırladaq ki, ABŞ-da keçirilən 3 noyabr 2020-ci il prezident seçkilərini Co Bayden udub və 20 yanvardan rəsmən səlahiyyətlərinin icrasına başlayıb.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32