Şənbə, 11 May

Putin Şoyqunu yola salır-İDDİA

image

Ukraynaya qarşı müharibədə uğursuzluqlara görə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı məlumatlar gündəmi zəbt edib. 

Məlumatlara münasibət bildirən hərbi ekspert Oleq Jdanov “Azadlıq” radiosunun efirində deyib: “Kremldə vəziyyət 1945-ci ilin aprelində olduğu kimidir. Bunkerdə də eynidir. Şoyqu ilə bağlı durum bizim üçün çox yaxşı əlamətdir. Çünki o, Putinin ən yaxın dostu idi, birlikdə istirahət edirdilər. Putinin komandasından heç biri Şoyqu kimi onunla çox yaxından dostluq nümayiş etdirmirdi”.

Jdanovun sözlərinə görə, uzun müddətdir ki, Rusiyada Baş Qərargah rəisi və digər komandirlər haqqında heç nə eşidilmir. Hərbi ekspert deyir ki, onların hamısı hardasa “yoxa çıxıb”, “təmizləniblər”.

“Ola bilsin ki, Putin “əməliyyat”da nəyinsə səhv olduğunu başa düşür və vəziyyəti nəzarət altına almağa çalışır”, – Jdanov əlavə edib.

Ekspert hesab edir ki, yaxın gələcəkdə Rusiya Federasiyasında hansısa yeni “ifaçı” peyda ola bilər.

“Putin müstəqil olaraq Ukraynaya genişmiqyaslı işğala rəhbərlik etməyəcək, o, yalnız hesabatları dinləyib kimisə təyin edəcək. Bu adam texniki cəhətdən hər şeyə rəhbərlik edəcək, amma bəlkə də qeyri-rəsmi. Əsas nəticə ondan ibarətdir ki, Rusiya Federasiyasının dövlət idarəetmə sistemi dağılmağa başlayır, – deyə Jdanov yekunlaşdırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44